ABŞ-ın Rusiyanın bəzi şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib.
Qara siyahıya Rusiya baş nazirinin müavini Marat Xusnullin, “Yunarmiya” Ümumrusiya hərbi-vətənpərvərlik ictimai hərəkatı, “Meqafon”, şirkəti də daxil edilib. “Metalloinvest” və “Patriot” özəl hərbi şirkətinə qarşı da sanksiyalar tətbiq edilib.
Sanksiya siyahısına həmçinin Rusiyanın nüvə sənayesinin bir neçə müəssisəsi, o cümlədən “Start” İstehsalat Birliyi, Kovrov Mexanika Zavodu, “Toçmaş” İstehsalat Birliyi, “NİKİMT-Atomstroy” ASC də düşüb.