Ağ Ev rəsmi olaraq Ukrayna ordusunun həm Xarkov, həm də Sum bölgələrindən Rusiya ərazisini ABŞ silahlarından vurmasına icazə verib.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter deyib.
“Biz tamamilə açıq şəkildə bildirdik ki, ukraynalılara Xarkov və Sum vilayətlərindən Rusiya mövqelərini ABŞ silahları ilə cavab atəşinə tutmağa icazə veririk. Bu hərəkətlər ona gətirib çıxaracaq ki, Rusiya öz qoşunlarını sərhəddə toplamaq imkanından məhrum olacaq”, – Karpenter bildirib.