ABŞ Rusiyanı regionun həllinə yönəlmiş beynəlxalq proseslərdən kənarlaşdırmaqla Yaxın Şərqdə liderliyini təsdiq etməyə çalışır.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Amerikalılar regionda (Yaxın Şərqdə – red.) dominantlıqlarına yatırım etməyə üstünlük verdilər və indi Rusiyanı kənarda qoymağa çalışırlar”, – o bildirib.
Lavrov qeyd edib ki, Vaşinqton Yaxın Şərq nizamlanması üzrə Rusiya, ABŞ, BMT və AB-dən ibarət beynəlxalq vasitəçilər kvartetinin işinə mane olub.