İsveçrənin hərbi neytrallıq siyasətinə baxmayaraq, ölkə Rusiya silahları üçün komponentlərin istehsalında Avropada birinci yeri tutur. ABŞ isə siyahıdakı Qərb ölkələri arasında birinci yerdədir.
AzerTimes xəbər verir ki, bu barədə “Amerikanın səsi” ABŞ Helsinki Komissiyasının Konqresdə keçirilən iclasına istinadən məlumat yayıb.
“İsveçrə Rusiya silahları üçün hissələrin istehsalında Avropada birinci yeri tutur. Daha sonra Almaniya, Niderland, Böyük Britaniya, Avstriya və Fransa gəlir. Rusiya silahlarında Yaponiya istehsalı olan avadanlıq da aşkarlanıb. Eyni zamanda, Qərb ölkələri arasında dünyada birinci yeri ABŞ istehsalçıları tutur. Rusiya silahlarında altmış fərqli Amerika şirkəti tərəfindən ABŞ-da istehsal olunan 300-ə yaxın komponent tapılıb. Təəssüf ki, ABŞ Qərb dünyasında rusları vacib ikili istifadə komponentləri ilə təmin edən aparıcı ölkədir”, – məlumatda deyilir.