ABŞ Moskva ilə ticarət edən ölkələrə xəbərdarlıq edir ki, Rusiya banklarına silah istehsalı üçün təchizatları maliyyələşdirmək məqsədilə yerli filiallar açmağa icazə verən olsa, ikinci dərəcəli sanksiyalarla üzləşəcək.
AzerTimes xəbər verir ki, bunu ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo deyib.
Adeyemo bildirib ki, ölkələr istənilən Rusiya filialının və ya törəmə şirkətinin yaradılmasını dayandırmalıdır, çünki bu, sanksiyalardan yayınmaq üçün istifadə olunacaq:
“ABŞ-ın “VTB Bank Shanghai” kimi şirkətlərə qarşı son sanksiyalarından sonra Moskva mallar üçün ödəniş kanalları axtarır. ABŞ, Çin, Türkiyə və BƏƏ kimi ölkələrdə daha böyük kreditorları rusiyalı həmkarlarından əl çəkməyə sövq edən əvvəlki təzyiq raundundan sonra diqqətini yeni ölkələrdəki kiçik banklara yönəldir”.