ABŞ Rusiya ilə Avropanın təhlükəsizliyi məsələlərində
danışıqları davam etdirməyə hazırdır.
Trend xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenin milli
təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan cümə günü
keçirilmiş brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya həqiqətən də diplomatik nəticələrə
can atırsa, ABŞ tərəfi buna hazırdır.
“Biz konkret təkliflər vermişik. Avropalı tərəfdaşlar və Rusiya
ilə qarşılıqlı fəaliyyət göstərməyə və Avropa təhlükəsizliyinin
prinsip və parametrlərini müzakirə etməyə hazırıq”, – C. Sallivan
vurğulayıb.