ABŞ Rusiya ilə münaqişəyə can atmır və birbaşa qarşıdurmaya cəlb edilməmək üçün Ukraynada eskalasiyanı idarə etməyə çalışır.
AzerTimes xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karin Jan-Piyer deyib.
“Biz Rusiya ilə münaqişə axtarmırıq. Təbii ki, biz bu münaqişədə eskalasiyanın idarə olunmasına diqqət yetiririk”, – o, jurnalistlər üçün keçirdiyi brifinq zamanı deyib.