ABŞ Rusiya ilə müharibəyə girə bilər – Ratkliff

ABŞ Rusiya ilə müharibəyə girə bilər – Ratkliff

Rusiyanın Ukraynaya qarşı müharibəsi ABŞ-ı Rusiya ilə münaqişəyə girmək riski qarşısında qoyur.

AzerTimes xəbər verir ki, bu sözləri Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizədi Con Ratkliff deyib.

“Rusiya-Ukrayna müharibəsi davam edir, dağıntılar baş verir və Birləşmiş Ştatların nüvə silahına malik ölkə ilə münaqişəyə cəlb olunma riskini artırır”, – o bildirib.

Ratkliff Çinin qlobal hökmranlığa can atmasını, transmilli cinayətləri, İran və Şimali Koreyanın addımlarını və Yaxın Şərqdəki vəziyyəti ABŞ-ın milli təhlükəsizliyinə təhdidlər adlandırıb.

Teqlər: