Vaşinqton Moskva ilə birbaşa münaqişədən qaçmağın vacibliyini dəfələrlə təkrarlayır, amma eyni zamanda Ukraynada iki ölkə arasında gərginliyi artırmaq üçün hər şeyi edir.
AzerTimes xəbər verir ki, bunu “Defense Priorities”in elmi əməkdaşı Bonni Kristian “Hill” qəzetindəki məqaləsində yazıb.
“ABŞ-ın Ukraynaya hərbi dəstəyi Rusiya ilə birbaşa münaqişəyə bənzəyir və bu qeyri-müəyyənlik ölkəni təhlükəli vəziyyətə salır. Ağ Ev Rusiya ərazisindəki obyektləri vurmaq üçün HIMARS sistemlərini Ukraynaya göndərməklə Moskva ilə birbaşa toqquşmanın yolverilməzliyi ilə bağlı bəyanatlarının üzərindən nəzəri olaraq xətt çəkir”, – Kristian bildirib.