ABŞ Rusiya ilə diplomatik əlaqələr saxlamalıdır – Blinken

ABŞ Rusiya ilə diplomatik münasibətləri saxlamalıdır.

Trend xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken
söyləyib.

Onun sözlərinə görə, amerikalılara Rusiyaya səfər etməmək, bu
ölkəni tərk etmək tövsiyəsinə rəğmən, iki ölkə arasında diplomatik
əlaqələri davam etdirmək vacibdir.

“Mənim fikrimcə, məhz belə vaxtlarda diplomatik əlaqələri davam
etdirməyimiz, diplomatik dəstəyi, xüsusən də ehtiyacı olan
amerikalılara verə biləcəyimiz dəstəyi davam etdirməyimiz
vacibdir”, – E. Blinken bildirib.

Teqlər: