Moskvanın Ukraynanın hücumuna cavab verməməsi ABŞ-ı Rusiya ərazisinə uzaqmənzilli zərbələrə qoyulan qadağanı ləğv etmək qərarına yaxınlaşdıra bilər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Yeqor Çernev deyib.
“İndi respublikaçıların əksəriyyəti məhz bu mövqedən çıxış edir. Administrasiyanın özü daha çox tərəddüd edir, uzaq mənzilli silahların verilməsi onların qərarlarından asılıdır”, – Çernev bildirib.
Qeyd edək ki, Kursk vilayətində keçirilən əməliyyat zamanı demokrat Riçard Blumentalla birlikdə Ukraynaya səfər edən respublikaçı senator Lindsi Qrehem Rusiyadakı hərbi hədəflərə hücumlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını dəstəkləyib.