ABŞ Bank VTB-nin idarə heyətinin on keçmiş və indiki üzvünə,
Dövlət Dumasının 12 deputatına qarşı sanksiyalar, habelə iş adamı
Viktor Vekselberqə qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq
edib.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyindən
bildirilib.
Məlumata əsasən, on nəfərin hamısı bankın hazırkı və ya keçmiş
rəhbərləri, yüksək vəzifəli məmurları və ya idarə heyətinin üzvü
olduqlarına və ya Rusiyanın maliyyə xidmətləri sektorunda
çalışdıqlarına görə sanksiyaya məruz qalıblar.
Bundan əlavə, Nazirlikdən qeyd edilib ki, Rusiya Dövlət
Dumasının spikeri Vyaçeslav Volodin, Rusiya Federasiyası Kommunist
Partiyasının lideri Gennadi Zyuqanov və onun 10 partiya üzvü:
Leonid Kalaşnikov, Vladimir Kaşin, Yuri Afonin, Yevgeni Bessonov,
Nikolay Kolomeytsev, Aleksey Kurinnı, İvan Melnikob, Dmitri
Novikov, Nikolay Osadçi və Kazbek Taysayevdə qarşı, həmçinin Rusiya
Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı və böyük
uşaqlarına qarşı da sanksiyalar tətbiq edilib.