Vaşinqton Rusiyanın Moldova hökumətində sabitliyi pozmaq cəhdlərindən narahatdır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Moldova Prezidenti Maria Sandu ilə görüşü zamanı deyib.
“Biz prezident və hökumət tərəfindən həyata keçirilən mühüm islahatları dəstəkləyirik. Eyni zamanda, Rusiyanın hökumətin sabitliyini pozmaq cəhdlərindən dərin narahatıq. Biz Moldovanın bundan qorunmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk”, – Blinken qeyd edib.