ABŞ Rusiyaya qarşı sanksiyaları daha da genişləndirə bilər.
AzerTimes-ın
məlumatına görə, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının
direktor müavini Dulip Sinqx “CBS News” telekanalına bildirib.
Onun sözlərinə görə, sanksiyalar “Rusiya iqtisadiyyatının
strateji əhəmiyyətli sahələrinə” təsir edə bilər.
“Bu, əsasən neft və qaza aiddir, lakin başqa sektorlar da var”,
– deyə o qeyd edib.