ABŞ rus ordusunun gücünü nəzərə almadı – Conson

ABŞ rus ordusunun gücünü nəzərə almadı – Conson

Ukrayna ordusunun hazırlıq zamanı Rusiya müdafiə xəttinə hücum etməyə belə cəhd göstərməməsi çox təəccüblüdür.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.

“Rusiya bunu (müdafiə xətti – red.) gizli şəkildə qurmayıb. Bütün bu müddət ərzində Ukrayna hətta bu mövqelərə raket və ya artilleriya ilə hücum etməyə cəhd də etməyib”, – ekspert bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusunun istehkam inşasına mane olmaq şansı olub, lakin Kiyev naməlum səbəbdən belə bir addım atmamaq qərarına gəlib.

Conson qərarı kəşfiyyatın səhlənkarlığı adlandırıb, çünki nə Amerika, nə də Ukrayna rəsmiləri Rusiya ordusunun tam gücünü düzgün qiymətləndirə biliblər.

Teqlər: