ABŞ Rusiya almazlarının ixracına qadağa qoymaq istəyir: onların “qanlı” hesab olunmağını təklif edir.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
“ABŞ Dövlət Departamentinin rəsmisi Corc Kajati bu barədə BMT-nin münaqişə zonalarından almazların yayılmasına qarşı mübarizə məqsədilə yaratdığı “Kimberli prosesi” beynəlxalq təşkilatına yazıb. Çünki onların satışından gələn pulla ölkələr müharibələri maliyyələşdirə bilər. Aİ, Kanada və Ukrayna da rus almazlarının qanlı hesab edilməsi haqqında çağırış edib”, – məlumatda bildirilir.
Qeyd edilir ki, Rusiya dünyanın ən böyük kiçik almaz tədarükçüsüdür və enerji resurslarından sonra ixracdan ən çox gəliri almazdan götürür.