ABŞ rəsmisi İrəvanda delimitasiyanı müzakirə etdi

ABŞ rəsmisi İrəvanda delimitasiyanı müzakirə etdi

ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Karen Donfrid İrəvanda Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşüb.

AzerTimes xəbər verir ki, görüşdə regional məsələlər də müzakirə edilib.

Erməni nazir Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi, komissiyaların fəaliyyəti, o cümlədən regional kommunikasiyaların açılması istiqamətində fəaliyyətlərlə bağlı məlumat verib.

Ararat Mirzoyan erməni terrorçuların Azərbaycanda mühakimə edilməsi, həmçinin Qarabağdakı “erməni mədəni irsi” haqda “narahatlığını” da Donfridə çatdırıb.

Qeyd edək ki, Donfrid İrəvana Bakıdan gedib.

Teqlər: