ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və Nüvə Silahlarının Yayılmaması Bürosunun baş müşaviri Castin Fridman iyunun 26-27-də Ermənistana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyi məlumat yayıb.
Qeyd olunur ki, səfəri zamanı Fridman Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşəcək.
O, Ermənistanın təhlükəsiz enerji gələcəyi üçün ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə etmək üçün ekspertlərlə də görüş keçirəcək.