ABŞ rəsmisi Ceyhun Bayramova təşəkkür etdi

ABŞ rəsmisi Ceyhun Bayramova təşəkkür etdi

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Huqo Gevara ikitərəfli əlaqələrə verdiyi dəstəyə görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təşəkkürünü bildirib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) üzvlərinin nahar yeməyində iştirak edib. Gevara ikitərəfli əlaqələrə verdiyi dəstəyə görə xarici işlər nazirinə təşəkkürünü bildirib. O, ABŞ-ın Azərbaycanın enerji sektorunun şaxələndirilməsinə verdiyi dəstəyi, habelə qadınların iqtisadiyyatda iştirakının vacibliyini vurğulayıb.

Teqlər: