ABŞ rəsmi Pxenyanı düşmən niyyətlərinin olmadığına əmin edib

ABŞ rəsmi Pxenyana açıq şəkildə bildirib ki, Vaşinqton administrasiyasının KXDR-ə qarşı heç bir düşmən niyyəti yoxdur və hazırda Şimali Koreya tərəfdən cavab gözləyir.

Trend xəbər verir ki, bunu ABŞ Döblət Deöartamentinin sözçüsü Ned Prays bildirib.

O bilidirib ki, diplomatiya Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə nail olmaq üçün ən effektiv yoldur.

“Biz KXDR-ə açıq şəkildə bildirdik ki, bizim onlara qarşı heç bir düşmən niyyətimiz yoxdur və diplomatik qarşılıqlı fəaliyyətə hazırıq. Biz bunu bir sıra bəyanatlarda açıq şəkildə bildirdik və indi cavab gözləyirik”, – deyə Prays söyləyib.