Parisdə UNESKO və ABŞ bayraqlarının qaldırılması mərasimi keçirilib, tədbir Vaşinqtonun təşkilatın tərkibinə qayıtmasına həsr olunub.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, mərasimdə ABŞ-ın birinci xanımı Cill Bayden iştirak edib.
ABŞ hələ Donald Trampın prezidentliyi dövründə – 2018-ci ildə təşkilatı tərk edib, ölkə bu qərarı UNESKO-nun guya dərin yenidənqurmaya ehtiyacı olduğu ilə əsaslandırıb.