ABŞ və Venesuela arasında məhbusların azad edilməsi ilə bağlı razılıq əldə olunub.
AzerTimes xəbər verir ki, razılaşmaya əsasən, Venesuela 36 məhbusu azad edəcək.
ABŞ-ın azad edəcəyi şəxs isə Maduronun müttəfiqi, kolumbiyalı iş adamı Aleks Saabdır.
Məlumata görə, məhbuslar eyni gündə azadlığa buraxılacaq.