ABŞ Quterreşi tənqid etdi: Kremlə boyun əyərək…

ABŞ Quterreşi tənqid etdi: Kremlə boyun əyərək…

ABŞ BMT Baş katibi Antonio Quterreşi Ukraynaya nümayəndələr göndərməkdən və İranın pilotsuz təyyarələrdən istifadəsini araşdırmaqdan imtina etdiyinə görə tənqid edib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

ABŞ Quterreşin Rusiya tərəfindən təzyiqlərə məruz qaldığına inanır:

“Biz təəssüf edirik ki, BMT bu pozuntu ilə bağlı normal araşdırma aparmaq üçün addımlar atmadı. Məyus olduq ki, BMT Rusiyanın təhdidlərinə boyun əyərək, Təhlükəsizlik Şurasının araşdırma mandatını yerinə yetirmədi”, – məlumatda deyilir.

Qeyd edək ki, BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo BMT Katibliyi İranın Rusiyaya hücum dronları tədarükü ilə bağlı məlumatları yoxlayacağını demişdi.

Teqlər: