ABŞ qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina etməlidir – Türkiyə Prezident Administrasiyası

ABŞ qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina etməlidir.

Bunu AzerTimes-a Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, uydurulmuş “erməni soyqırımı”nın tanınması Vaşinqton üçün tarixi səhv olacaq:

“ABŞ-ın 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi qiymətləndirməyə haqqı yoxdur, çünki bunu sübut edən heç bir tarixi fakt mövcud deyil”.

Prezident Administrasiyasından bildiriblər ki, “erməni soyqırımı”nı tanımaqla ABŞ erməni diasporunun girovu olduğunu bütün dünyaya nümayiş etdirəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: