ABŞ koalisiyasına məxsus 4 qırıcı Suriyanın Xüms vilayətində iki obyektə aviazərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Tərəfləri Uzlaşdırma Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vadim Kulit deyib.
O bildirib ki, qırıcılar Ət-Tanf bölgəsindən Suriya hava məkanında daxil olaraq əməliyyat icra ediblər.