ABŞ və onun avropalı müttəfiqləri müharibə başa çatdıqdan sonra Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi planını irəli sürürlər.
AzerTimes xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.
Məlumata görə, ABŞ və Avropa rəsmiləri Qəzza zolağında belə bir əməliyyatın mümkünlüyü ilə bağlı müzakirələr aparırlar.