ABŞ qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri davam etdirəcək

ABŞ hakimiyyəti qeyri-qanuni miqrasiyaya qarşı mövcud yanaşmanı dayandırmaq niyyətində deyil.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Kamala Harris Qvatemala paytaxtında ölkə prezidenti Alexandro Cammatteyi ilə keçridiyi birgə konfransda deyib.

“Miqrasiyanın baş verə biləcəyi və olması gərək üsulları var, və biz qeyri-qanuni miqrasiyaya əks təsiri davam etdirəcəyik”, – K.Harris bildirib. Onun sözlərinə görə, bu istiqamətdə Qvatemala höküməti ilə birgə görülən tədbirlər “qvatemalalılara özlərinin vətənlində ümid tapmasına kömək etmək” üçün görülür.


Tərəflər qeyri-qanuni miqrasiyanın səbəblərini, habelə iqtisadiyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə ediblər. ABŞ vitse-prezidenti, həmçinin Qvatemaladakı hüquq-mühafizə orqanlarına korrupsiyaya qarşı mübarizədə kömək etmək məqsədi ilə xüsusi qurumlararası qrupun yaradılması qərarı barədə açıqlama verib.

Teqlər: