ABŞ Qarabağı “zəncir”dən ayırmaq istəyir – Matevosyan

ABŞ Qarabağı “zəncir”dən ayırmaq istəyir – Matevosyan

Ermənistan hökumətinin müxtəlif nümayəndələri, xüsusən də Təhlükəsizlik Şurasının katibi Qriqoryan ABŞ, eləcə də Avropa ölkələri ilə hərbi əməkdaşlığı gücləndirdiyini deyib, bunu Ermənistan və “Qarabağ”ın təhlükəsizliyinə təminat kimi təqdim edib, hiylə işlədir. Paşinyan və komandası ya öz hakimiyyətini qoruyub saxlamağı ölkənin sabitliyi və təhlükəsizliyi ilə səhv salır, ya da cəmiyyəti çaşdırır.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan Ermənistanın ABŞ və Avropa ilə münasibətlərinin intensivləşməsini şərh edərkən deyib.

“Ermənistanın indiki hakimiyyətinin mövcudluğunun təminatlarından biri də Qərbin siyasi və iqtisadi loyallığıdır. Bunun əvəzini İran və Rusiyaya qarşı addımları ilə ödəyirlər, əslində antiiran və antirusiya koalisiyasına qoşulurlar. İrəvan və Bakı arasında Amerika platformasında aparılan danışıqlar Qarabağın statusu və onun əhalisinin hüquqlarının müdafiəsi ilə bağlı deyil, təhlükəsizlik arxitekturası dağıdıldığı üçün Ermənistanın statusu haqqındadır. ABŞ başa düşür ki, Qarabağ münaqişəsi Ermənistan-Rusiya sıx əməkdaşlığında mühüm amildir. ABŞ hesab edir ki, Qarabağ bu zəncirdən çıxarılarsa, o zaman Ermənistanın Rusiyadan asılılığı minimuma enəcək və regionda təhlükəsizlik arxitekturasını dəyişmək mümkün olacaq”, – o bildirib.

Matevosyan qeyd edib ki, AB təhlükəsizlik yaratmır, o, NATO-nun yaratdığı təhlükəsizlik sisteminin istehlakçısıdır:

“Deməli, AB-dən hər hansı təhlükəsizlik zəmanəti gözləməyin mənası yoxdur. ABŞ-a gəlincə, onların silah tədarükü ilə bağlı danışıqları qeyri-ciddidir. Vaşinqtonun İrəvanı silahla təmin etmək istədiyini fərz etsək belə, logistika tam aydın deyil. İran Amerika tankerlərinin onun ərazisinə daxil olmasına icazə verməyəcək, Gürcüstan Bakı və Ankara, hətta Rusiya ilə münasibətləri riskə atmayacaq. Bəs bu silahlar necə daşınacaq?”

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın təhlükəsizlik sahəsində ABŞ-la əməkdaşlığı genişləndirmək üçün “mövcud platformalardan” istifadə etdiyini bildirmişdi.

Teqlər: