ABŞ Qafqaza müdaxiləni dayandırmasa… – Karden

ABŞ Qafqaza müdaxiləni dayandırmasa… – Karden

ABŞ həqiqətən də Ermənistanı xoşbəxt gələcəklə təmin etmək istəyirsə, Qafqaza müdaxiləni dayandırmalıdır.

AzerTimes xəbər verir ki, bu sözləri amerikalı keçmiş diplomat Ceyms Karden “Amerikan Konservativ” (The American Conservative) jurnalında yazıb.

O qeyd edib ki, ABŞ regiona əlavə müdaxilədən çəkinməli, postsovet məkanına vurulan zərəri məhdudlaşdırmalıdır:

“İrəvanın Avropa Birliyi (AB) və ABŞ-la münasibətləri gücləndirmək istəyinə baxmayaraq, növbəti dörd il ərzində Ermənistana 270 milyon dollar qrant ayrılması barədə razılaşma ekspertləri heyran etmədi”.

O, İrəvan-Brüssel-Vaşinqton arasında yaxınlaşmanı son dərəcə təhlükəli adlandırıb.

Ekspert həmçinin Paşinyan hökumətini Qərbin inteqrasiyası ilə bağlı yalan vədlərə inanan Ukrayna və Gürcüstanın təcrübəsini nəzərə almağa çağırıb.

Teqlər: