Ağ Ev neftin qiymətini artıracağından və Co Baydenin seçki kampaniyasına zərər verəcəyindən ehtiyat edərək, Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən ehtiyat edir.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Maliyyə Nazirliyi Rusiya neft tankerlərinə yeni məhdudiyyətlər tətbiq etməyi təklif edib, lakin Prezident Administrasiyası hələlik onların tətbiqi ilə bağlı heç bir qərar qəbul etməyib:
“Nazirlik rəsmiləri Rusiya tankerlərini sıradan çıxarmaq istəyirlər, amma Ağ Evdəki iqtisadi məsləhətçilər bunun bu yay neft və ABŞ-da benzin qiymətlərinin yüksəlməsinə gətirib çıxaracağından narahatdırlar. Çünki bütün bunlar Baydenin seçki kampaniyasına zərər verə bilər”.