Ötən həftə ABŞ pul bazarı fondlarına sərmayə axını 21,9 milyard dollar olub və onların ümumi həcmi 5,73 trilyon dollara çataraq rekord müəyyən edib.
AzerTimes xəbər verir ki, bu barədə İnvestisiya Kompaniyaları İnstitutunun həftəlik hesabatında deyilir.
Pul bazarı fondları, ilk növbədə, qısamüddətli maliyyə alətlərinə, o cümlədən ödəmə müddəti bir ilədək olan dövlət istiqrazlarına sərmayə qoyurlar. Belə ki, həmin alətlərin gəlirliliyi son zamanlar kəskin artıb.
Dünyanın ən böyük mərkəzi banklarının faiz dərəcələrini artırması və onların uzun müddət yüksək qalacağı barədə proqnozlar fonunda ilin əvvəlindən bəri pul bazarı fondlarına daxilolmalar bir trilyon dolları ötüb.