ABŞ koalisiyanın MQ-9 kəşfiyyat-zərbə pilotsuz təyyarəsi Suriyanın şimal sərhədi boyunca planlı uçuş həyata keçirən Rusiya Aerokosmik Qüvvələrinin Su-35 təyyarəsinə təhlükəli dərəcədə yaxınlaşıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Müharibə Tərəflərinin Barışıq üzrə Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vadim Kulit brifinq zamanı bildirib.
Onun sözlərinə görə, rusiyalı pilot yüksək peşəkarlıq nümayiş etdirərək toqquşmanın qarşısını almaq üçün operativ şəkildə lazımi tədbirlər görüb.