ABŞ ordusuna məxsus PUA İraqdakı Bələd aviabazasının yaxınlığında qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, PUA-nın İraq hüquq-mühafizə orqanları tərəfindən götürüldüyü bildirilib.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Qeyd edək ki, Pentaqon faktla bağlı araşdırma aparıldığını açıqlayıb.