İraqda İranın dəstəklədiyi “Haşdi-Şabi” terror təşkilatına məxsus hərbi bazaya havadan zərbələr endirilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, hücum zamanı Babil şəhərində yerləşən “Kalso” hərbi bazası hədəf alınıb. Zərbələrdən sonra ərazidə yanğın başlayıb.
“Haşdi-Şabi”nin Feysbuk səhifəsində bildirilib ki, hücum ABŞ-a məxsus PUA tərəfindən həyata keçirilib.