ABŞ Priqojini öldürmək istəyib

ABŞ Priqojini öldürmək istəyib

Ukrayna ordusu dekabrın 10-da HİMARS sistemləri vasitəsilə Donbasdakı bir sıra şəhərləri atəşə tutub. Hədəflərdən biri də “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin tez-tez istifadə etdiyi Staxanov şəhərindəki “Jdanov Evi” mehmanxanası olub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Mətbuatın yazdığına görə, bu, ABŞ Senatında Dövlət Departamentini “Vaqner”i xarici terror təşkilatı kimi tanımağa məcbur edən qanun layihəsinin qəbulundan az sonra baş verib.

“Jdanov Evi” mehmanxanası ABŞ hərbi mütəxəssislərinin iştirakı və ABŞ kəşfiyyatının məlumatları əsasında HİMARS-lar vasitəsilə darmadağın edildi. Bu hücumdan sonra ABŞ-ın “Vaqner”i niyə terror təşkilatı elan etmək qərarına gəldiyi bəlli olur. Belə olan halda, Pentaqonun “Vaqner” rəhbərlərini, o cümlədən şəxsən Yevgeni Priqojini məhv etmək üçün fəaliyyətinə heç bir maneə qalmır. Pentaqonun bu cür fəaliyyətlərinə dair kifayət qədər nümunələr var”, – məlumatda qeyd olunub.

Teqlər: