ABŞ prezidenti Texasda sinaqoqda girov götürülməsini “terror aktı” adlandırıb

ABŞ prezidenti Co Bayden Texas ştatının Kolleyvil şəhərində sinaqoqda girov götürülməsini “terror aktı” adlandırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

ABŞ prezidenti qeyd edib ki, bu, terror aktı olub. Onun sözlərinə görə, ABŞ hakimiyyəti hələ baş verənlərin bütün təfərrüatlarını, o cümlədən girov götürənin silahı dəqiq harada əldə etdiyini bilmir.


O, ədliyyə naziri – ABŞ-ın baş prokuroru Merrik Qarlendla əlaqə saxladığını vurğulayıb və gələcəkdə “oxşar əməllərin” qarşısının alınması üçün faəliyyət göstərdiklərini qeyd edib.