Vaşinqton administrasiyasının əsas prioriteti ölkədə qiymətlərə
nəzarət etməkdir.
Trend xairic KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti
Co Bayden çərşənbə axşamı Konqresinin Nümayəndələr Palatası və
Senatında müraciəti zaman deyib.
“İqtisadiyyatımızdakı bütün təqdirəlayiq məqamlara, rekord
səviyyədə iş yerlərinin artımı və daha yüksək əmək haqqı, rəğmən
bir çox ailələr hesab ödəmə zamanı çətinliklərlə üzləşir.
İnflyasiya onları mümkün faydalardan məhrum edir. Ona görə də mənim
əsas prioritetim qiymətləri nəzarət altına almaqdır”, – ABŞ
prezidenti bildirib.
O əlavə edib ki, ABŞ-da, bir çox ailələr ərzaq, qaz, mənzil və
s. artan xərclərin öhdəsindən gəlmək üçün mübarizə apararaq “maaşdan maaşa” prinsipi ilə yaşayırlar.