ABŞ prezidenti Co Bayden və onun yaxın ətrafının nümayəndələri son günlər 79 yaşlı Amerika liderinin 2024-cü ildə ikinci müddətə namizəd olmaq planları barədə tərəfdarlarını əmin ediblər.
AzerTimes-ın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti xəbər verib.
Qəzetdən bildirilib ki, dövlət başçısının daha bir müddət Ağ Evdə qalmaq niyyətində olduğununda tərəfdarlarını inandırmaq üçün səylər ona görə göstərilir ki, bir çox demokratlar C.Baydenin növbəti seçkilərdə iştirak etməyəcəyini düşünürlər. Xüsusən də yaşını nəzərə alsaq – səsvermə zamanı onun 81 yaşı tamam olacaq.
C.Baydenin dostu və keçmiş Demokrat senator Kris Dodd deyib: “Ondan eşitdiyim tək şey odur ki, yenidən namizədliyini irəli sürməyi planlaşdırır. Və mən buna şadam”.