ABŞ Dövlət Departamenti Polşaya “Hellfire” raketləri və avadanlığının satışına icazə verib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə əməkdaşlığı Agentliyi məlumat yayıb.
Satışın ümumi məbləği 150 milyon dollar dəyərində qiymətləndirilir.
Qeyd edək ki, Polşa 800 ədəd AGM-112R2 “Hellfire” raketinin alınması ilə bağlı ABŞ-a müraciət etmişdi.