Dövlət Departamenti Polşaya 224 milyon dollar dəyərində hərbi rabitə avadanlığının və lazımi maddi-texniki təchizatın verilməsini təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun müvafiq strukturu məlumat yayıb.
Məlumata görə, Polşa hakimiyyəti ABŞ-dan avadanlıq, o cümlədən şəbəkə radiostansiyaları, SAASM qoruyucu modulu olan GPS qəbulediciləri, həmçinin köməkçi avadanlıq və ehtiyat hissələri istəyib. ABŞ həmçinin Polşaya logistika, təlim və texniki dəstək xidmətləri göstərəcək.