ABŞ pilotu İsrail səfirliyinin önündə özünü yandırdı – Video

ABŞ pilotu İsrail səfirliyinin önündə özünü yandırdı – Video

ABŞ Hərbi Hava Qüvvələrinin pilotu ABŞ-ın Fələstində yürütdüyü siyasətə görə İsrailin Vaşinqtondakı səfirliyi qarşısında “Fələstinə azadlıq” qışqıraraq özünü yandırıb.

AzerTimes xəbər verir ki, bununla bağlı SHOT Teleqram kanalı məlumat yayıb.

Pilot həmin anları “Tviç” ( Twitch) video platformasındakı səhifəsində canlı paylaşıb. O, İsraildən soyqırımı dayandırmağı tələb edib. Səfirliyin əməkdaşları ona mane olaraq yanğını söndürməyə çalışsalar da, pilot ciddi xəsarət alıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə Netanyahunun Qəzzanın cənubundakı Rəfah şəhərində hərbi əməliyyat icazəsi üçün Nazirlər Kabinetinə müraciəti ilə eyni vaxtda baş verib.

Pilotun adı açıqlanmayıb.

Teqlər: