ABŞ-ın Qida və Dərman preparatlarına Nəzarət İdarəsi (FDA) gələn həftə 16 və 17 yaşlı şəxslər üçün Pfizer-BioNTech peyvəndinin gücləndirici (“buster”) dozasını təsdiq edə bilər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir addım koronavirusun “omikron” ştammının yayılması ilə bağlı artan narahatlıqla əlaqələndirilir.
Bundan əvvəl, FDA 18 yaşına çatmış şəxslər üçün Pfizer-BioNTech gücləndirici dozasının istifadəsini təsdiqləmişdir. Gücləndirici doza vaksinin ikinci komponenti tətbiq edildikdən ən azı altı ay sonra vurula bilər.