ABŞ peyki Yerin səthinə düşə bilər

ABŞ peyki Yerin səthinə düşə bilər

Amerika peyki yanvarın 8-də axşam saatlarında Yer atmosferinə daxil olacaq, onun dağıntıları planetin səthinə düşə bilər.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, peykin böyük hissəsi atmosferdən keçərkən yanacaq, lakin bəzi komponentlərin Yerə düşməsi mümkündür.

“Dağıntıların Yer kürəsində bir şeyə zərər vermə riski çox azdır, təxminən 9400-də 1-dir”, – agentlik əmin edir.

Yerdəki radiasiya səviyyəsini tədqiq edən Amerikanın ERBS peyki NASA-nın üç peykdən ibarət Yer Radiasiya Büdcə Təcrübəsi missiyasının bir hissəsidir. O, 1984-cü ildə “Challenger” kosmik gəmisi ilə aşağı Yer orbitinə buraxılıb. Fəal olmayan peykin çəkisi təxminən 2,5 tondur. Peyk 2005-ci ildə fəaliyyətini dayandırıb.

Teqlər: