Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın hazırda işləməyən NOAA 17 meteorologiya peyki kosmosda partlayıb.
AzerTimes-ın məlumatına görə, partlayışdan əvvəl peyk Yerdən 800 kilometr hündürlükdə olub.
Hazırda kosmik fəzada peykin 16 qırıntısı yaranıb. Bu qırıntıların digər kosmik obyektlərə təhlükə törətmədiyi deyilir.
NOAA 17 peyki 2002-ci ildə fəzaya buraxılıb, 2013-cü ildə istismarı dayandırılıb. Bu seriyadan olan digər peyklər əvvəllər göyərtə batareyalarının partlaması nəticəsində sıradan çıxıb.