ABŞ Pensiya Fondu Twitter-i satın aldığı üçün Maskı məhkəməyə verib

ABŞ-ın Orlando şəhərinin (Florida ştatı) Pensiya Fondu iş adamı, “Tesla” şirkətinin sahibi İlon Maskın Twitter-i əldə etmək istəyinə
görə ona qarşı iddia qaldırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “The Guardian” qəzeti xəbər
verib.

Fond Delaver məhkəməsində iddia qaldırıb, çünki bu ştatın
qanunlarına görə, İ.Maskın hazırkı vəziyyətdə Twitter-də üç il
ərzində (2025-ci ilə qədər) sövdələşməni tamamlamaq hüququ yoxdur.
Bununla belə, şirkətin səhmlərinin üçdə ikisinin sahibləri, o
cümlədən ” Morgan Stanley” maliyyə konqlomeratı (səhmlərin 8,8%-i)
və sosial şəbəkənin yaradıcısı “Cek Dors” (2,4%) satınalmanın qeyd
olunan müddətdən əvvəl təsdiqləsə, razılıq əldə oluna bilər.

Qanuna əsasən, razılaşma təxirə salınmalıdır, çünki İ.Mask
Twitter səhmlərinin 9%-dən çoxuna (9,2%) sahibdir və bu, qanuni
olaraq sahibkarı “maraqlı səhmdar” edir.