ABŞ Pekin Olimpiadasını diplomatik boykot etmək niyyətindədir

Co Bayden administrasiyası 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını diplomatik boykot etmək niyyətindədir.

Trend xəbər verir ki, texniki olaraq qərar hələ tam işlənilməyib, lakin Amerika liderinə müvafiq tövsiyələr verilib. Administrasiyadakı mənbələr ayın sonuna kimi onların qəbul ediləcəyini bildiriblər. Boykot olacağı təqdirdə prezident və digər Vaşinqton rəsmiləri Çin paytaxtında keçiriləcək Olimpiya Oyunlarına qatılmayacaq.

Boykot qərarı amerikalı idmançılara zərər vermədən Çin hökumətinin insan haqları pozuntularına cavab vermək məqsədi daşıyır.