ABŞ Çində keçiriləcək Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarına gəlib.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbaut katibi Cen Psaki deyib.
C.Psaki bildirib: “Prezident Cozef Baydenin administrasiyası Pekində keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarına heç bir diplomatik və ya rəsmi nümayəndə göndərməyəcək”.
Mətbuat katibi əlavə edib ki, ABŞ hökumətinin boykot barədə qərarı idmançılara təsir etməyəcək və onlar olimpiadada iştirak edə biləcəklər: “ABŞ komandasının idmançılarına dəstəyimiz tamdır. Biz onları evdən dəstəkləyəcəyik”.