Vaşinqton İraqda, Yuqoslaviyada və bir sıra başqa hallarda BMT Təhlükəsizlik Şurasından yan keçərək “cini” şüşədən buraxdı.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının iştirakçıları ilə söhbətində deyib.
“Məsələn, İraqdakı hadisələr… Orada hər şey BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan edildi. Həmçinin Suriyada, keçmiş Yuqoslaviyada. Səbəbləri indi danışmayacağam, amma BMT Təhlükəsizlik Şurasının heç bir qərarı yox idi. Lakin ABŞ özü bu cini şüşədən buraxıb”, – Putin bildirib.
O qeyd edib ki, ABŞ elitaları SSRİ-nin dağılmasından sonra yeganə fövqəldövlət olmaq məsuliyyətinin öhdəsindən gələ bilməyib.