ABŞ öz yanlış mövqeyini düzəltməlidir – Hakan Fidan

ABŞ öz yanlış mövqeyini düzəltməlidir – Hakan Fidan

Türkiyə ABŞ-dan heç bir şərt və məhdudiyyət olmadan F-16-ların alınmasına dair müraciətə baxılmasının tezliklə başa çatdırılmasını gözləyir.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Biz dəfələrlə bəyan etmişik ki, Birləşmiş Ştatlar milli təhlükəsizliyimizə birbaşa təsir edən məsələlərlə bağlı öz yanlış mövqelərini düzəltmək üçün konkret addımlar atmalıdır. Bununla əlaqədar olaraq, biz bütün səviyyələrdə heç bir şərt və məhdudiyyət olmadan F-16-ların alınması və modernləşdirilməsi ilə bağlı müraciətimizə baxılmasının tezliklə başa çatdırılacağına ümid edirik”, – nazir bildirib.

Eyni zamanda, H.Fidan qeyd edib ki, Ankara qarşılıqlı maraq doğuran bir çox regional və qlobal məsələlərdə ABŞ ilə əməkdaşlığı davam etdirir.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ilin iyulunda müdafiə büdcəsinə düzəlişi qəbul edib. Yeni sənəddə deyilir ki, Türkiyə Yunanıstan hava məkanını pozduğu müddətcə ABŞ administrasiyası yeni F-16 təyyarələri və onların modernləşdirilməsi üçün komponentləri Türkiyəyə satmağı qadağan edir.

Teqlər: