ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC)
ABŞ vətəndaşlarına Rusiya Mərkəzi Bankı, Rusiya Milli Rifah Fondu
və Maliyyə Nazirliyi ilə əməliyyatlar keçirməyi qadağan edib.
Trend bu barədə
Ağ Evin saytına istinadən məlumat verir.
Qeyd olunur ki, bu qərar Rusiya Mərkəzi Bankının ABŞ-da olan
aktivlərinin dondurulmasına gətirib çıxaracaq.
Qərarın təfərrüatları barədə digər açıqlamalar verilməyib.